Ukraynanın iki Mi-8 hərbi helikopteri qəzaya uğrayıb, yoxsa vurulub?

 15:03 31.08.2023     233

Ukrayna Dövlət Təhqiqat Bürosu Donetsk vilayətində iki Mi-8 hərbi helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Dövlət Təhqiqat Bürosunun mətbuat xidmətinin məlumatına görə, avqustun 29-da Donetsk vilayətinin Kramatorsk rayonunda helikopterlərin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 6 hərbçisi həlak olub.

Qeyd olunur ki, müstəntiqlər helikopterlərin texniki vəziyyətinin və uçuşlara hazırlıq qaydalarına riayət olunmasının öyrənilməsinə xüsusi diqqət yetirəcəklər. Düşmən tərəfindən təxribat və ya helikopterlərin məhv edilməsi variantı da öyrəniləcək.

Dövlət Təhqiqatlar Bürosu qeyd edib ki, ixtisaslaşmış mütəxəssislər uçuş qeydiyyat aparatlarının hərtərəfli diaqnostikasını aparacaqlar.

“İstintaq çərçivəsində artıq bir sıra ekspertizalar təyin edilib, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib”, - bürodan bildirilib.

Əvvəllər insident Cinayət Məcəlləsinin 416-cı maddəsi - Uçuş qaydalarını pozma və ya onlara hazırlaşmaq maddəsi ilə kvalifikasiya edilib. Maddənin sanksiyasında 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, avqustun 29-da Ukraynaya məxsus iki Mi-8 helikopteri döyüş tapşırığını yerinə yetirərkən Donetsk vilayətinin Kramatorsk rayonunda qəzaya uğrayıb. Sonradan bu, Ukrayna Silahlı Qüvvələrində təsdiqlənib. 

Hərbçilərin sözlərinə görə, qəza zamanı Rusiyanın Su-35 qırıcısı havaya qalxıb, Ukrayna helikopterləri isə mümkün məğlubiyyətdən qorunmaq üçün yerə enirmiş.

Turan İSMAYIL