CAR-da binada baş verən yanğında ölənlərin sayı 73-ə çatdı
Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 73-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, ölənlərdən 7-si uşaqdır. Ölənlərin sayının artacağı istisna edilmir.
Son məlumata görə, 43 nəfər yaralanıb.