Putin bu türk dövlətində 3 rus məktəbinin tikintisinə qatılacaq

 16:26 31.08.2023     296

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də "Vacib olanlar haqqında söhbət" açıq dərs keçirəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Prezident Putin sentyabrın 1-də “Rusiya – Fürsətlər diyarı” platformasının layihələri çərçivəsində “Vacib olanlar haqqqında söhbət” adlı açıq dərs keçirəcək, bu dərsdə yüksək akademik nailiyyətləri olan, beynəlxalq müsabiqə, olimpiadalar və yarışların qalibləri olan 30 məktəbli iştirak edəcək”, - məlumatda deyilir.

Kreml əlavə edib ki, Putin həmçinin həmin gün Qırğız Prezidenti Sadır Japarov ilə videokonfrans vasitəsilə Qırğızı Respublikasının Bişkek, Batken və Karakolda rus dilində tədris olunan üç ümumtəhsil məktəbinin tikintisinə başlayacaq.

Putin həmçinin videokonfrans vasitəsilə Rusiyanın beş regionunda yeni təhsil müəssisələrinin açılış mərasimində iştirak edəcək.

Turan İSMAYIL