Şahzadə Harri kral ailəsindən ayrıldıqdan sonra keçəlləşir

 16:36 31.08.2023     275

38 yaşlı şahzadə Harri kral ailəsi ilə münasibətləri kəsməklə bağlı güclü stress keçirərək saçlarını itirməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Star” qəzeti yazır.

Nəşrlə müsahibədə saç transplantasiyası üzrə mütəxəssis Spenser Stivenson bildirib ki, şahzadə Harri təkcə irsiyyətə görə deyil, həm də güclü stress səbəbindən keçəllik yaşayıb. O, Harrinin kişilərdə saç tökülməsinin ən çox görülən forması olan kişi tipi keçəllikdən əziyyət çəkdiyinə diqqət çəkib. Mütəxəssis genləri də unutmaq lazım olduğunu vurğulasa da, eyni zamanda qeyd edib ki, ailə münasibətlərinin pozulmasından yaranan stress təbii ki, saçlarına mənfi təsir edib.

Stivenson şahzadənin saç tökülməsini dayandırmaq üçün xüsusi vasitələrdən istifadə etdiyinə inanır. Mütəxəssisin fikrincə, Harri keçəl ləkələrini maskalamağa çalışan bir çox məşhurlar kimi Nanogen lifləri tətbiq etməklə saçlarının görünüşünü aydın şəkildə yaxşılaşdırır.

Turan İSMAYIL