Ərdoğanın Rusiyaya səfəri hələ təsdiqlənməyib

 16:44 31.08.2023     318

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 4-də Rusiyaya səfəri hələ təsdiqlənməyib.

Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu Türkiyə liderinin administrasiyasından bildirilib.

Xatırladaq ki, bazar ertəsi günü Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Putin və Ərdoğan arasında görüş barədə danışarkən, görüşün tezliklə baş tutacağını, tarixlərin elan edilməsi ilə bağlı razılaşmaların olduğunu, Kremlin onlara əməl etdiyini bildirib. Türkiyə liderinin administrasiyasındakı mənbə bildirib ki, Ərdoğanın Rusiyaya səfəri Hindistanda keçiriləcək G20 sammitindən əvvəl baş tutacaq.

Hakim partiyanın rəsmi nümayəndəsi Ömər Çelik Türkiyə liderinin yaxın vaxtlarda Soçiyə səfər edəcəyini təsdiqləyib. Türkiyənin "Habertürk" telekanalı çərşənbə axşamı bildirib ki, liderlər arasında danışıqlar sentyabrın 4-də Soçidə baş tutacaq.

"Cənab prezidentin (Rəcəb Tayyib Ərdoğan -red.) Rusiyaya səfəri gözlənilir. Amma biz bu tarixi mətbuata açıqlamadıq. Bu barədə heç bir şərh vermədik, medianın bu məlumatı haradan aldığını bilmirəm. Planlaşdırılan tarixlərdən biri 4 sentyabrdır, lakin tarix son olaraq təsdiqlənmədiyi üçün biz bunu elan etmədik. Bu tarix ola bilər və olmaya da bilər”, - administrasiyadan bildiriblər.

Turan İSMAYIL