Yaponiyalı nazir üzr istəməyə məcbur oldu

 17:19 31.08.2023     269

Yaponiyanın kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq naziri Tetsuo Nomura “Fukusima-1” AES-dən okeana axıdılan “çirklənmiş” suya görə ictimaiyyət qarşısında üzr istəməli olub.

Redaktor.az TASS-aistinadla xəbər verir ki, ölkə hökumətinin başçısı Fumio Kişida ondan üzr istəməsini tələb edib.

"Bu, təəssüf etməkdir. Mən nazirə hərtərəfli üzr istəməyi və sözlərini geri götürməyi tapşırdım", - agentlik Yaponiyanın baş nazirindən sitat gətirir.

Nomura da öz növbəsində bildirib ki, insanlara xoşagəlməz hisslər yaşatdığı sözlərə görə üzr istəyir.

Xatırladaq ki, bir gün əvvəl Kişida və Yaponiyanın iqtisadiyyat naziri Yasutoşi Nişimura Fukusima prefekturasının sahillərində tutulan dəniz canlılarından bişirilmiş yeməklərini yeyiblər. Atom elektrik stansiyalarından suyun axıdılması ilə bağlı Çin və Rusiya kimi qonşu dövlətlərin ekoloqlarının və hakimiyyət orqanlarının narazılığına onlar belə reaksiya veriblər.

Qeyd edək ki, Rusiya “Rosselxoznadzor”un Primoryedəki mütəxəssisləri “Fukusima-1”dən su buraxıldıqdan sonra Rusiya Federasiyasının bir sıra regionlarının kommersiya subzonalarında tutulan 450-yə yaxın müxtəlif balıq məhsulu nümunələri üzərində araşdırma aparıblar. Onların hamısı radioaktiv deyildi.

Turan İSMAYIL