22 yaşlı britaniyalı könüllü Ukraynada döyüşlərdə həlak oldu - FOTO

 17:48 31.08.2023     308

Ukraynada gedən döyüşlər zamanı 22 yaşlı britaniyalı Sem Nyui həlak olub. O, Rusiyaya genişmiqyaslı istila başlayandan Ukrayna uğrunda döyüşür.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Nəşrin məlumatına görə, 22 yaşlı könüllü dünən, avqustun 30-da Ukraynanın şərqində gedən döyüşlər zamanı həlak olub. Qardaşı Den Nyui onun ölümünü elan edib, ona hörmət və ehtiramını bildirib və onu "müstəsna insan və yaxşı əsgər" adlandırıb.

"Nə qədər qırıldığımı sözlə ifadə edə bilmirəm. Kiçik qardaşımla nə qədər qürur duyduğumu da vurğulaya bilmirəm" - deyən Dan Nyui, əvvəllər hərbi təcrübəsi olmayan Semin "Qara Mələklər" kimi tanınan beynəlxalq könüllülər qrupunun üzvü olduğunu söyləyib.

Mərhumun qardaşının dediyinə görə, Sem əvvəllər Birmingem Universitetində psixologiya təhsili alıb. Ruslar Ukrayna ərazisini işğal etdikdən sonra o işğalçılara qarşı döyüşmək qərarına gəlib.

"O, Rusiya imperializminə qarşı mübarizə aparmaq üçün Ukraynaya getmək qərarına gələndə 21 yaşı təzəcə tamam olmuşdu", - Den əlavə edib.

Turan İSMAYIL

2