Yaxın vaxtlarda Putin və Ərdoğanın iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək - Lavrov

 18:27 31.08.2023     371

Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə növbəti qeyri-rəsmi sammit keçiriləcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, qeyd edib ki, prezidentlər tərəfdaşlığın bütün sahələrini nəzərdən keçirəcəklər.

Turan İSMAYIL