"Türkiyə təzyiqlərə baxmayaraq, müstəqil kursu davam etdirəcək" - Ərdoğan
Ankara ona edilən təzyiqlərə baxmayaraq, müstəqil kursu davam etdirəcək.
Redaktor.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Artan xaos və qeyri-müəyyənlik qarşısında Türkiyə hərbi, diplomatik, iqtisadi və siyasi nailiyyətləri ilə özünü təsdiq edir. Təzyiqlərə baxmayaraq, Türkiyə müstəqil kursunda sadiq qalacaq və lazımsız avantüralara getməyəcək", - dövlət başçısı deyib.
Eyni zamanda Türkiyə lideri ölkəsinə kimin təzyiq etdiyini açıqlamayıb.
Turan İSMAYIL