Ermənistanda küçədə atışma oldu

 18:47 31.08.2023     290

Avqustun 31-də günorta saatlarında Ermənistanın Vanadzor rayonunda silahlı insident baş verib.

Redaktor.az "shamshyan.com"a istinadla xəbər verir ki, atışmanın baş verdiyi Ağayan küçəsindən 9 ədəd mərmi aşkarlanıb. Hadisə nəticəsində bir nəfər ayağından xəsarətlə xəstəxanaya çatdırılıb. Polis hadisə iştirakçılarının və zərərçəkənin kimliyini müəyyənləşdirir.

Onların “TT” və “Makarov” markalı tapançalardan və avtomatdan atəş açdıqları məlum olub.

T.İSMAYIL