"Dünyada ərzaq böhranı və ərzaq qiymətlərində sıçrayış yoxdur"

 19:07 31.08.2023     365

Dünyada ərzaq böhranı yoxdur, ərzaq qiymətləri təxminən 2021-ci il səviyyəsində qalır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Bu gün biz türk həmkarlarımıza həm FAO (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - red.), həm də BMT-nin Ümumdünya Ərzaq Proqramının statistikasını, taxılın satıldığı birjaların statistikasını gətirdik. Dünyada ərzaq böhranı yoxdur, qiymətlərdə sıçrayış yoxdur. Qiymətlər aşağı-yuxarı dəyişir, lakin 2021-ci ilin qiymət səviyyəsindən yüksək olmayan səviyyədə qalır”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra dünyada ərzaq qiymətlərində artım baş verib. Bu, xüsusilə duru yağın və unun qiymətlərində özünü göstərib.

Turan İSMAYIL