Tramp seçkilərə müdaxilədə təqsirli olmadığını bildirdi

 19:30 31.08.2023     374

Məhkəmə sənədinə əsasən, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında 2020-ci il prezident seçkilərinin nəticələrinə qarşı irəli sürülən saxtakarlıq ittihamlarında özünü təqsirli bilməyib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, həmçinin ittihamların rəsmi oxunması üçün Atlanta məhkəməsinin sentyabrın 6-na təyin etdiyi dinləmədə iştirak etməkdən imtina edib.

“Hüquqlarımı başa düşərək, mən sərbəst və könüllü olaraq ittihamların elan edilməsi üçün iclasda iştirak etmək hüququmdan, açıq məhkəmədən imtina edirəm” - sənəddə deyilir.

Sentyabrın 6-da təkcə Trampa deyil, iş üzrə digər 18 müttəhimə də ittihamların elan edilməsi nəzərdə tutulmuşdu. Onlar Trampın ştatda seçkilərdə qələbəsini təmin etmək üçün Corciya rəsmilərinə təzyiq etməkdə ittiham olunurlar.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən