Həkimlər 10 min volt elektrik cərəyanı vuran xəstəni xilas ETDİ

 22:25 31.08.2023     425

Kalininqradda Mərkəzi Şəhər Klinik Xəstəxanasının həkimləri 10 min volt cərəyan vuran kişini xilas ediblər. 

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Xəstə 40 gün süni komada, 50 gün reanimasiya şöbəsində süni nəfəs aparatında olub. Hazırda xəstə Mərkəzi Şəhər Klinik Xəstəxanasının dayaq-hərəkət aparatının reabilitasiyası şöbəsindədir və artıq özbaşına hərəkət edə bilir”, - məlumatda deyilir.

Qeyd edək ki, aprelin 6-da 43 yaşlı rayon sakini iş yerində elektrik şəbəkələrində işləyərkən xəsarət alıb.

Yusif EYVAZLI