Zelenski müharibə zamanı yenidən prezidentliyə namizəd olacağını BİLDİRDİ

 23:13 31.08.2023     337

Ukrayna Prezidenti Vladimir Zelenski müharibə zamanı seçkilərin keçiriləcəyi təqdirdə yenidən prezidentliyə namizəd olacağını bildirib.

Bu barədə Redaktor.az "Unian"a istinadla xəbər verir.

"2024-cü ildə müharibə davam edən zaman seçkilər keçirilərsə, mən həyatımda heç vaxt ölkəmi tərk etməyəcəm. Çünki mən Konstitusiyanın qarantıyam və istənilən halda onu müdafiə edəcəm", - deyə Ukrayna prezidenti çıxışında bildirib.

O əlavə edib ki, seçkilər bütünlüklə Ukrayna ərazisində keçirilməlidir ki, hərbçilər və ukraynalılar səs vermək imkanı əldə etsinlər. 

Yusif EYVAZLI