Rusiya silah və sursat əldə etmək üçün İran kimi yaramaz rejimlər axtarır - Pentaqon

 12:31 01.09.2023     293

Rusiya Ukraynaya qarşı müharibə üçün daha çox silah və sursat əldə etmək üçün İran kimi yaramaz rejimlər axtarır.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Pentaqon rəsmisi Patrik Rayder deyib.

O, Ağ Evin Rusiyanın KXDR-dən əlavə silahlar almaq məqsədi ilə danışıqları davam etdirdiyi barədə bəyanatını xatırladıb.

"Konkretlərə varmadan deyə bilərik ki, söhbət artilleriya sursatından gedir", - Rayder bildirib.

Onun sözlərinə görə, KXDR ilə Rusiya arasında istənilən silah sazişi birbaşa BMT-nin çoxsaylı qətnamələrini pozur.

"Yeri gəlmişkən, bu silahlar günahsız ukraynalıların öldürülməsinə töhfə verir və Rusiyanın Ukraynada qanunsuz müharibəsini davam etdirir", - Pentaqonun sözçüsü bildirib.

Rayder qeyd edib ki, ABŞ KXDR-i Rusiya ilə danışıqlara getməməyə və ona silah verməməyə çağırmaqda davam edəcək.

“Ən geniş problem odur ki, Rusiya Federasiyası daha çox döyüş sursatı və ya silah əldə etməyə cəhd etmək üçün İran da daxil olmaqla yaramaz rejimlər axtarır”, - o əlavə edib.

Turan İSMAYIL