Ukrayna hərbi kəşfiyyatının rəhbəri ordunun ağır itkilər verdiyini etiraf etdi

 16:21 01.09.2023     243

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri Kirill Budanov cəbhədə çoxlu sayda ukraynalı əsgərin həlak olduğunu etiraf edib.

Redaktor.az xəbər verir ki, “1+1” telekanalının jurnalistinin Ukrayna Silahlı Qüvvələrinin sıralarında necə itkilər yaşadığı barədə sualını cavablandıran Budanov qeyd edib ki, bunun asan olduğunu söyləmək doğru olmaz.

“İtkilər çoxdur” deyən o, sözünə davam edərək deyib ki, bu, alışmaq lazım olan bir reallıqdır.

Qeyd edək ki, avqustun ortalarında Amerikanın “The New York Times” qəzeti yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri, Qərb rəsmiləri və analitiklərinin hesablamalarına görə, 2022-ci ilin fevralından bəri ölən və yaralananların sayı 150 min nəfəri keçib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bu gün açıqladığı məlumata görə isə, 24 fevral 2022-ci ildən bu günədək Rusiya ordusunun 263490 hərbçisi məhv edilib.

Turan İSMAYIL