ABŞ Tayvana silah tədarükünü sürətləndirməlidir - Konqresmen
ABŞ adaya olan 19 milyard dollar borcunu aradan qaldırmaq üçün Tayvana silah satışını sürətləndirməlidir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədr müavini Rob Vittman Tayvanın baş qərargah rəisi Tsai İnq-ven ilə Taypeydə görüşü zamanı deyib.
"Biz Tayvanın özünümüdafiə üçün göstərdiyi inanılmaz səylərdən, o cümlədən hərbi xidmət müddətinin uzadılmasından da xəbərdarıq", - deyə o, bildrib.
"Bizim iki ölkə arasında mövcud olan xarici hərbi qüvvələrə silah satışı proqramlarının çatdırılmasında gecikmələri kompensasiya etmək öhdəliyimiz var" - Vittman deyib.
"Mən sizə deyə bilərəm ki, koridorun hər iki tərəfindəki Nümayəndələr Palatasının üzvləri (Demokratik və Respublikaçılar) xarici hərbi təchizat proqramında 19 milyard dollarlıq geriləmənin doldurulmasına diqqət yetirirlər" - o, bildirib.
Qeyd edək ki, ABŞ Tayvan ordusuna əsas silah tədarükçüsüdür. Hazırda ABŞ-ın adaya silah tədarükünün gecikməsi təxminən 19 milyard dollar təşkil edir.
Turan İSMAYIL