İsveç Baş naziri müsəlman ölkələrinin liderləri ilə görüşmək istəyir
İsveç Baş naziri Olaf Kristersson müsəlman ölkələrinin liderləri ilə görüşmək istəyir.
Redaktor.az SVD agentliyinə istinadən xəbər verir ki, Baş nazir Olaf Kristersson sentyabrın 19-da başlayacaq BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.
"Mən bir çox liderlərlə görüşəcəyəm, müsəlman ölkələrinin liderləri ilə də görüşlər razılaşdırılıb", - o bildirib.
Ulf Kristersson deyib ki, müsəlman liderləri ilə görüşlərində Quranın yandırılması məsələsində İsveç qanunvericiliyinin necə işlədiyi barədə həmkarlarını məlumatlandıracaq.
"Mən bizim ifadə və nümayiş azadlığını necə dəyərləndirdiyimizi izah edəcəyəm. Amma onu da izah edəcəyəm ki, biz tolerant, başqalarının inancına hörmət edən bir ölkəyik".
İsveç hökumət başçısı deyib ki, onun ölkəsində deyilənlər avtomatik olaraq İsveçin məsələ ilə bağlı mövqeyini ifadə etmir.
"Bu, bir çox insanın yaratdığı yanlış anlaşılmadır. Sadəcə İsveçdə bir şey deyildiyi üçün insanlar bunun arxasında ölkə kimi İsveçin olduğunu düşünürlər".