Rusiya PUA üzrə 1 milyon mütəxəssis hazırlamağı planlaşdırır - Putin
Rusiyanın pilotsuz təyyarələr (PUA) sahəsində kadrlara ehtiyacı sürətlə artır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"2030-cu ilə qədər ölkə pilotsuz təyyarələr üzrə bir milyon mütəxəssis hazırlamağı planlaşdırırıq, lakin hətta bu rəqəm kifayət etməyə bilər", - deyə Putin “Vacib olanlardan danış” adlı açıq dərsdə bildirib.
Prezidentin sözlərinə görə, PUA-ların istifadəsinə təhlükəsizlik məsələləri ilə bağlı bəzi məhdudiyyətlər təsir edir.
Turan İSMAYIL