ABŞ Ukraynanı Rusiyanın dərinliklərinə zərbələr endirməsinə kömək etmir - Ağ Ev

 18:46 01.09.2023     254

ABŞ administrasiyası Ukrayna Silahlı Qüvvələrinə yardım göstərmir və onları Rusiya ərazisinə dərindən zərbə endirməyə təşviq etmir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə deyib.

"Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələrlə bağlı siyasətimizdə heç bir dəyişiklik olmayıb. Biz onları təşviq etmirik və dəstəkləmirik. Biz diqqətimizi Ukraynanın öz ərazisini, öz torpaqlarını geri ala bilməsinə yönəlmişik" -  deyə Ağ Ev təmsilçisi bildirib.

Turan İSMAYIL