Danimarka Ukrayna, Gürcüstan və Moldovaya yardımı artıracaq

 22:04 01.09.2023     339

Danimarka 2024-cü ildə Ukrayna, Gürcüstan və Moldovanın inkişafına ayrılan yardımın həcmini artıracaq.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Nazirliyin məlumatına görə, gələn il “Ukraynada vətəndaş təşəbbüslərinin inkişafı” və Gürcüstan və Moldovada “demokratikləşmə proseslərinin dəstəklənməsi” üçün 1,5 milyard kron (217 milyon dollardan çox) ayrılacaq. Bu il Danimarka hökumətinin bu xərc maddəsi 1,2 milyard kron (təxminən 173,6 milyon dollar) təşkil edir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynaya “ölkənin sürətlə bərpası”, o cümlədən mühüm infrastruktur obyektləri üçün yardımın ayrılması planlaşdırılır. Yada salınır ki, Danimarka hökuməti Nikolaev şəhərinin himayədarlığını öz üzərinə götürərək, yaşayış binalarının, məktəblərin, tibb müəssisələrinin, su və istilik təchizatı obyektlərinin bərpasına və təmirinə köməklik göstərib.

Turan İSMAYIL