Sərnişin metroda siqaret çəkəcəyindən narazı qalan təqaüdçünü vurdu

 22:15 01.09.2023     396

ABŞ-ın Nyu-York şəhər metrosunda gənc oğlan onun davranışından qəzəblənən 70 yaşlı sərnişini döyüb.

Redaktor.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Hadisə avqustun 30-da Harlem metro stansiyasında baş verib. Naməlum şəxs yaşlı kişini qatardan enərək platformaya çıxarkən məzəmmət etdiyi üçün onun üzünə möhkəm zərbə endirib.

Bəzi məlumatlara görə, həmin şəxs metroda siqaret çəkmək istəyi təqaüdçünün narazılığına səbəb olub. Sərnişin tanımadığı şəxsə metroda siqaret çəkməyin qaydalara zidd olduğunu başa salmağa çalışsa da, rəqibi buna kəskin reaksiya verib və cavab vermək əvəzinə ona bir neçə zərbə endirib.

Bundan sonra təcavüzkar küçəyə qaçaraq, müşahidə kamerasına düşsə də, yoxa çıxıb. Zərərçəkmiş üz nahiyəsində sıyrıq və əziklərlə xəstəxanaya yerləşdirilib.

Sentyabrın 1-də Nyu-York polisi şübhəlinin fotosunu yayıb və onun yerini tapmaq üçün şəhər əhalisindən kömək istəyib.

Turan İSMAYIL