Almaniya Polşa və Şərqi Avropanın təhlükəsizliyinə görə məsuliyyət daşıyır - Nazir

 22:39 01.09.2023     313

"Şərqi Avropanın təhlükəsizliyi, Polşanın təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok faşist Almaniyasının Polşaya hücumunun 84-cü ildönümündə çıxış edərkən bəyan edib.

Nazir mürəkkəb Almaniya-Polşa tarixinin və II Dünya müharibəsi zamanı Polşa ərazisinin işğalının xatirəsinə sənədləşmə mərkəzinin yaradılmasını təklif edib.

Xatırladaq ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası və müttəfiqi Slovakiya Polşaya hücum etdi. Beləliklə, altı il davam edən və on milyonlarla insanın həyatına son qoyan İkinci Dünya müharibəsi başladı. 2022-ci il sentyabrın 1-də Polşa hakimiyyət orqanları 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və alman işğalı nəticəsində ölkəyə dəymiş zərər haqqında respublika ekspertləri tərəfindən hazırlanmış üç cildlik hesabatı təqdim edib. Elan edilmiş ümumi məbləğ 6,2 trilyon PLN (təxminən 1,5 trilyon dollar) təşkil edib. 3 oktyabr 2022-ci ildə Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan təzminat ödəməsini tələb edən nota imzalayıb.

Almaniya hökuməti dəfələrlə bildirib ki, onlar heç bir ödəniş üçün heç bir səbəb görmürlər, çünki 1953-cü ildə Polşa təzminatdan rəsmən imtina edib. Varşava iddia edir ki, 1953-cü il müqaviləsi SSRİ-nin təzyiqi ilə pozularaq imzalanıb və yalnız yerli analitiklərin fikrincə, suveren dövlət olmayan, ləğv edilmiş Almaniya Demokratik Respublikası və Polşa Xalq Respublikasına aiddir.

Turan İSMAYIL