Gürcüstanda yol qəzasında 3 Türkiyə vətəndaşı öldü

 16:58 02.09.2023     355

Gürcüstanın qərbində minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə 3 Türkiyə vətəndaşı həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Kobuleti bölgəsində qeydə alınıb.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.