İraqla İran arasında dəmir yolunun tikintisinə başlanıldı

 20:45 02.09.2023     262

İraqla İran arasında dəmiryolu xəttinin tikintisinə başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb.

Qeyd olunub ki, İraqın baş naziri Məhəmməd əl-Sudani dəmir yolunun təməlini qoyub.

Mərasim İraqın Bəsrə əyalətinin Şələmçe şəhərindəki sərhəd-keçid məntəqəsində baş tutub.

İran tərəfdən isə birinci vitse-prezident Məhəmməd Moxber iştirak edib.

"Şələmçe sərhəd-keçid məntəqəsi vasitəsilə sərnişinlər Ən-Nəcəf və Kərbəla əyalətlərindəki müqəddəs yerlərə gedib gələ biləcəklər”, - deyə İraqın baş naziri bildirib.

Tikinti işlərinin iki il müddətinə başa çatacağı bildirilib.

İranın birinci vitse-prezident Məhəmməd Moxber bildirib ki, dəmir yolu İranla İraq arasında ticarət mübadiləsində böyük sıçrayışa səbəb olacaq (apa).