İzmirdə meşə yanğını baş verdi

 23:58 02.09.2023     446

İzmirin Qaziemir rayonunda Nəqliyyat Məktəbi ətrafında meşə yanğını baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Yanğınsöndürənlərin cəlb edildiyi bölgədə yanğına iki təyyarə, beş helikopter, 12 çiləyici, dörd su təchizatı maşını və dörd dozerlə müdaxilə edilib.

Təxminən 1 saat davam edən işdən sonra yanğın nəzarət altına alınıb (apa).