Ermənistan ordusunun iki hərbçisi öldü – Biri mayordur

 09:08 03.09.2023     356

Ermənistan ordusunun iki hərbçisi ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mayor Arman Babacanyan və əsgər Artur Poğosyan sentyabrın 2-də saat 17:30 radələrində mühəndis işləri (yol tikintisi məqsədi ilə partlayış işləri) zamanı baş vermiş partlayış nəticəsində ölüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.