Britaniyalı general Qərbin Ukraynaya silah tədarükünü nə vaxt artıracağını açıqladı

“Qərb 2024-cü ilin ortalarına qədər Ukraynanı intensiv şəkildə silahla təchiz etməyə başlayacaq”.
Redaktor.az xəbər verir ki, bu barədə 2013-2016-cı illərdə Birləşmiş Qüvvələr Komandanlığına rəhbərlik etmiş, istefada olan britaniyalı general Riçard Barronsun Britaniyanın “Financial Times” qəzetinə yazdığı məqalədə deyilir.
Onun sözlərinə görə, hərbi uğurun müəyyənedici amili Qərbin və Ukraynanın hərbi-sənaye potensialıdır:
“Ehtiyatlardan daha çox tədarük edilə bilərdi, lakin Ukraynanın kampaniyası indi müdafiə sənayesini gücləndirən müttəfiqlərindən çox asılıdır. Yeni genişləndirilmiş istehsal xətlərindən sursatlar ən azı 2024-cü ilin ortalarına qədər kifayət qədər miqdarda gələcək” (report).