İsveçdə Quranın yandırılmasına görə çox sayda adam saxlanıldı
İraq əsilli qaçqın Salman Momika İsveçin Malmö şəhərində daha bir quranyandırma aksiyası təşkil edib.
Redaktor.az yerli KİV-ə istinadla xəbər verir ki, aksiya kütləvi iğtişaşa səbəb olub. Miqrantların yaşadığı məhəllədə baş verən qarşıdurmada 200-dən çox adam iştirak edib.
Aksiyanı təşkil edən şəxs hadisə yerindən uzaqlaşsa da, narazı kütlə ərazini tərk etməyib. Onlar polis kordonunu yarmağa cəhd ediblər. Qarşıdurma zamanı ondan çox adam saxlanılıb (apa).