Cənubi Afrika prezidenti Rusiyaya silah tədarükü ilə bağlı ittihamlara cavab verdi

 02:36 04.09.2023     342

Cənubi Afrika Respublikasında Rusiya Federasiyasına silah tədarükü ilə bağlı iddialarla bağlı araşdırma apardıqlarını açıqlayıblar.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Cənubi Afrika Prezidenti Siril Ramafosa xalqa müraciətində silah transferinə dair heç bir dəlil tapmadıqlarını bildirib.

"Rusiyaya silah göndərilməsi ilə bağlı iddiaların heç biri təsdiqini tapmayıb. Heç bir silah ixracına icazə verilməyib və heç bir silah ixrac edilməyib", - Sky News onun sözlərini sitat gətirib.

Qeyd edək ki, söhbət Cənubi Afrikanın ABŞ-ın sanksiyaları altında olan Rusiyanın “Ledi R” gəmisinə silah ötürməsi barədə Amerika Birləşmiş Ştatlarının ittihamlarından gedir.

Turan İSMAYIL