Bayden Ukraynanın müdafiə nazirinin vəzifəsindən azad edilməsini şərh etmədi

 03:19 04.09.2023     350

ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskinin Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən uzaqlaşdırılması qərarından xəbərdardır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Ondan prezident Zelenskinin müdafiə nazirini dəyişdiyini eşitib-eşitmədiyini soruşdular. Bayden bəli dedi, lakin əlavə şərh verməkdən imtina etdi", - açıqlamada deyilir.

Xatırladaq ki, bazar günü Zelenski Reznikovu müdafiə naziri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini bildirib və onun yerinə hazırda Ukraynanın Dövlət Əmlak Fonduna rəhbərlik edən Rüstəm Umerovun təyin edilməsini təklif edib.

Turan İSMAYIL