Türkiyədə inflyasiya yenidən artıb
Türkiyədə illik inflyasiya avqust ayında yenidən artıb.
Redaktor.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin avqust ayında inflyasiya 58.94%-ə kimi artıb. İyul ayında bu rəqəm 47.83% təşkil etmişdi.
Qeyd edək ki, avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 9,09%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 43.06% artıb.
Xatırladaq ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 24,97% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 89,31% ilə restoran və otellər qiymətləri olub.
Əlavə edək ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, 2022-ci ilin sonundan etibarən isə tədricən azalmağa başlayan inflyasiya, cari ilin iyul ayından yenidən yüksəlməyə başlayıb.