Şolts aldığı qəzadan sonra ilk fotosunu paylaşdı

 14:13 04.09.2023     276

Almaniya kansleri Olaf Şolts aldığı qəzadan sonra ilk fotosunu paylaşıb.

Redaktor.az xəbər verir ki, səhhəti ilə bağlı Almaniya kansleri "X"platformasında ("Twitter") paylaşım edib.

O, paylaşımında səhhəti ilə maraqlananlara təşəkkür edib.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şoltsun idman edərkən yıxılaraq xəsarət alması ilə bağlı yerli mətbuat məlumat yaymışdı.