Türkiyədə uçan qırıcının bir hissəsi yerə düşdü
Uçuş zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 qırıcısının bir hissəsi yerə düşüb.
Redaktor.az KP-yə istinadla xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, parça Ankarada açıq avtomobil dayanacağına düşüb.
Türkiyənin Milli Müdafiə Nazirliyi qırılan parçanın "naməlum səbəblərdən" yerə düşdüyünü bildirib. Təyyarə heç bir detalı itirmədən Eskişehirə təhlükəsiz eniş edib.
Müdafiə Nazirliyi əlavə edib ki, hadisə nəticəsində itki yoxdur və dağıntı qeydə alınmayıb.
Turan İSMAYIL