Putin taxıl müqaviləsinin bərpası üçün şərt qoydu

 17:50 04.09.2023     394

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla taxıl müqaviləsini müzakirə etdiyini bildirib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Putin deyib ki, Rusiya Federasiyası taxıl müqaviləsində açıq şəkildə təhlükəsiz daşınma təmin etdi, lakin qarşı tərəf terror hücumları üçün dəhlizlərdən istifadə etdi:

"Qərb Rusiyanı taxıl sazişinin humanitar məqsədləri barədə aldatdı".

Rusiya lideri qeyd edib ki, ölkəsi bir neçə həftədən sonra altı Afrika ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq

Putin təsdiq edib ki, Rusiya Federasiyası taxıl müqaviləsinin reanimasiyası haqqında düşünməyə hazırdır, ancaq Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra. Onun sözlərinə görə, Rusiya bütün tələblərini yerinə yetirdikdən sonra bir neçə gün ərzində taxıl müqaviləsinə qayıdacaq.

Turan İSMAYIL