"İnanıram ki, nəticə əldə edə biləcəyik" - Ərdoğandan "taxıl müqaviləsi" AÇIQLAMASI

 18:22 04.09.2023     309

“Taxıl müqaviləsi”nin alternativ variantları təhlükəsizlik baxımından ilkin razılaşmalardan aşağıdır.

Redaktor.az "İnterfaks"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Gündəmdəki alternativ təkliflər təhlükəsizlik və digər aspektlər baxımından gözləntiləri doğrultmadı", - Ərdoğan deyib.

Eyni zamanda, o, sazişin "ən kasıb ölkələr üçün böyük rol oynadığını" vurğulayıb.

Ərdoğan bildirib ki, Ankara müxtəlif məkanlarda “Qara dəniz təşəbbüsü”nün həyata keçirilməsi ilə bağlı Rusiyanın narahatlığına diqqət yetirməkdə davam edir.

"BMT ilə məsləhətləşmələrdə yeni bir paket hazırlayacağıq və inanıram ki, nəticə əldə edə biləcəyik. Türkiyə hər cür səy göstərəcək və inanırıq ki, bu razılaşma baxımından ən qısa zamanda nəticə əldə edəcəyik", - deyə Ərdoğan əlavə edib.

Turan İSMAYIL