ABŞ-da şagirdləri ilə intim münasibətdə olan qadın müəllim həbs olundu

 19:10 04.09.2023     364

ABŞ-ın Alabama ştatında xristian məktəbinin qadın müəllimi şagirdlərlə cinsi əlaqədə olduğu üçün həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə WSFA portalı yazır.

35 yaşlı Kristal Kari Mari Frost iki yeniyetmə ilə uyğun olmayan münasibətdə və pornoqrafiya yaymaqda ittiham edilib. Keçmiş şagird onu polisə şikayət edərək bildirib ki, qadın təxminən iki il əvvəl məktəbdə olarkən ona sataşıb.

Zərərçəkənin dediyinə görə, müəllim onunla və başqa şagirdlə intim münasibətdə olub və onlara erotik fotolar da göndərib.

İddialardan sonra müəllim işdən çıxıb. Polis faktla bağlı araşdırma aparır.

T.İSMAYIL