Hakerlər Polşa və Baltikyanı ölkələrin serverlərini SINDIRDI

 19:34 04.09.2023     332

Rus hakerlər Baltikyanı ölkələrin və Polşanın kompüter strukturlarına giriş əldə ediblər.

Bu barədə Redaktor.az “lenta.ru”ya istinadla xəbər verir.

Rusiyalı hakerlər Latviya Daxili İşlər Nazirliyinin saytına daxil olub. Orada nazirliyin əməkdaşlarının bir-birinə göndərdiyi məktublar da aşkarlanıb. 

“Bizim əlimizdə təkcə kadrların siyahıları deyil, hətta məxfi əsaslarla Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edən agentlərin və şəxslərin siyahıları var”, - RaHDit nümayəndəsi bildirib.

Hakerlərin əməliyyatı nəticəsində bu Avropa ölkələrinin dövlət orqanlarının internet saytlarının, eləcə də bankların və nəqliyyat infrastrukturunun işi iflic olub.

Yusif EYVAZLI