Almaniya BMT Təhlükəsizlik Şurasında islahatlara çağırdı

 23:05 04.09.2023     276

BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Cinayət Məhkəməsində islahatlar aparılmalıdır.

Redaktor.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“BMT Təhlükəsizlik Şurasını düşünün. Sonuncu dəfə 60 il əvvəl islahat aparılıb. O vaxtdan bəri nəinki vahid Almaniya yarandı, 60-a yaxın dövlət müstəqillik yolunu tutdu - Afrikada, Latın Amerikasında, Asiyada. Bu dövlətlər haqlı olaraq qərarların qəbulunda səs və danışıqlar masasında yer tələb edirlər”, – diplomat bildirib.

O, qeyd edib ki, beynəlxalq maliyyə institutları və səhiyyə orqanlarında da islahat aparılmalıdır (apa).