Rusiya Belarusla birgə “Qərb-2023” strateji təlimlərini ləğv etdi
Rusiya Belarusla birgə sentyabrda baş tutmalı olan “Qərb-2023” strateji təlimlərini rəsmən ləğv edib.
Redaktor.az “Zvezda”ya istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Jurnalistlər Şoyqudan təlimlərin keçiriləcəyini soruşublar.
"Xeyr, bu il bizim Ukraynada təlimlərimiz var", - Şoyqu kinli cavab verdi.
Qeyd edək ki, "Qərb" təlimləri Rusiya və Belarusun birgə strateji təlimləridir. 2021-ci ildə manevrlərdə 200 minə yaxın hərbi qulluqçu, 760-a qədər texnika və 15 döyüş gəmisi iştirak edib.
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya ordusunun Ukraynadakı səmərəsizliyi göstərdi ki, “Qərb təlimi” məhdud maarifləndirici əhəmiyyətə malikdir və əsasən şou xarakteri daşıyır.
"Rusiya "Qərb-2023"ü ləğv etdi, çünki çox az qoşun və texnika var. Bundan əlavə, Rusiya rəhbərliyinin müharibə zamanı "Qərb" təlimlərinin keçirilməsi ilə bağlı daxili tənqidlərə də həssas yanaşması real ehtimalı var" - Britaniya Müdafiə Nazirliyi qeyd edir.
Turan İSMAYIL