Şolz zədəsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
Almaniya kansleri Olaf Şolz zədələndikdən sonra ilk dəfə ictimai tədbirə çıxıb və səhhətinin yaxşı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
“Hər şey yaxşıdır”, - Nazirlər Kabinetinin rəhbəri Berlində dini tədbirdə iştirak edərkən jurnalistlərin suallarını cavablandırıb.
Sentyabrın 2-də “Frankfurter Rundschau” qəzeti kanslerin idman edərkən yıxılaraq xəsarət aldığını yazıb. Media Şolzun qaçarkən büdrədiyini və əllərini yuxarı qaldırmağa vaxt tapmadığını yazıb. Onun yanındakı mühafizəçilər kanslerə ilkin tibbi yardım göstəriblər.
Sentyabrın 4-də Şolz qaçış zamanı zədələndikdən sonra ilk fotonu yayımladı: sağ gözü sarğı ilə örtülmüşdü, üzündə sıyrıqlar görünürdü. Berlində keçirilən tədbirdə Şolz əvvəllər dərc olunmuş fotoda olduğu kimi sağ gözünə sarğı ilə çıxıb.
Turan İSMAYIL