NATO Moldova ordusuna kömək etmək niyyətində olduğunu açıqladı
NATO Konstitusiyasında daimi neytrallığı təsbit edən Moldovanın silahlı qüvvələrinin inkişafına kömək edəcək.
Redaktor.az xəbər verir ki, bunu sentyabrın 4-də “Moldova-1” telekanalına müsahibəsində Alyansın Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali komandanı Kristofer Kavoli deyib.
"NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlığı inkişaf etdirmək üçün müəyyən alətlər toplusu var. Bu genişləndirilmiş mexanizmlər vasitəsilə Moldovaya da yardım göstərilir. Bu istiqamətdə ilk addım Kişinyov tərəfindən silahlı qüvvələrin inkişafı üçün aydın planın hazırlanması olub" - Kavoli deyib. O, bu günlərdə Moldovada səfərdə olarkən bu məsələləri respublikanın Müdafiə Nazirliyinin rəhbərliyi ilə müzakirə etdiyini vurğulayıb.
Turan İSMAYIL