İzmirdə FETÖ-yə qarşı əməliyyat keçirildi, 9 şübhəli saxlanıldı

 11:57 05.09.2023     215

Türkiyənin İzmir şəhərində FETÖ/PDY terror təşkilatlarına qarşı əməliyyat keçirilib.

Redaktor.az “Star” qəzetinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 9 nəfər şübhəli saxlanılıb.

Saxlanılarla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, son vaxtlar Türkiyədə FETÖ-yə qarşı mübarizə güclənib.