Belçika Ukraynaya F-16 təyyarələri göndərməyəcək

 12:49 05.09.2023     215

Belçika istifadəyə yararsız olduğu üçün Ukraynaya F-16 təyyarələri göndərməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Belçika ordusunun maddi resurslar üzrə idarəsinin rəhbəri Leytenant Frédéric Goetynck "De Standaard" nəşrinə bildirib.

Belçikalı rəsmi bildirib ki, bu təyyarələr artıq o qədər uçub ki, onların sistemi artıq köhnəlib. "Ukraynaya özünüz istifadə etmədiyiniz təyyarələri göndərə bilməzsiniz", - o əlavə edib.

Xatırladaq ki, Belçikanın Baş naziri Alexander De Croo artıq fevral ayında Brüsselin Ukraynaya döyüş təyyarələri verməyəcəyini bildirmişdi.

De Kroo bu təyyarələrin milli ordu və NATO üçün zəruriliyini vurğulasa da, ölkənin müdafiə naziri Dedonder F-16-larını "istifadə dövrünün sonunda" olduqları üçün Ukraynaya göndərə bilməyəcəyini söyləyib.