Türkiyə ordusunun zabiti İraqda şəhid oldu

 13:58 05.09.2023     261

Türkiyə Silahlı Qüvvələrinin zabiti Ünal Sipahi şəhid olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, o, İraqın şimalında keçirilən “Pənçə- Kilit” əməliyyatı çərçivəsində gedən döyüşlərdə şəhid olub.

Zabit əldəqayırma bombanın partlaması nəticəsində həlak olub.