Türkiyədə sel nəticəsində 5 nəfər itkin düşdü

 18:00 05.09.2023     243

Türkiyədə sel fəlakəti nəticəsində 5 nəfər itkin düşüb.

Redaktor.az NTV-yə istinadən xəbər verir ki, Kırklareli bölgəsində yağan güclü yağışlar çayların daşmasına səbəb olub.

Kırklareli Demirköy bələdiyyə başqanı Rəcəb Gün sel nəticəsində 5 nəfərin itkin düşdüyünü açıqlayıb. İtkin düşənlərdən biri uşaqdır. Təbii fəlakət təsərrüfata, yollara, tikililərə də ciddi ziyan vurub.

İtkin düşənlərin axtarışı aparılır.