Polşa ABŞ-dan 12 radar və 48 buraxılış qurğusu alır
Polşanın Müdafiə Nazirliyi Amerika tərəfi ilə “Visla” hava və raketdən müdafiə sistemi üçün avadanlıq və silahların tədarükünə dair müqavilə imzalayıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Polşa MN Kielce şəhərində keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində sənədin təsdiqindən sonra məlumat verib.
“Amerika tərəfi ilə bağlanmış müqavilələr çərçivəsində hərbi texnika, o cümlədən 12 LTAMDS hərtərəfli radar, 48 “PATRIOT M903” sisteminin buraxılış qurğusu və PAC-3 MSE raketlərinin ehtiyatı alınacaq”, - deyə nazirlik bildirib.
"Müqavilənin mövzusu həm də logistika və təlim paketləri olub. Daha sonra ABŞ hökuməti ilə IBCS sisteminin komponentləri üzrə sazişlər bağlanacaq", - məlumatda deyilir.
Turan İSMAYIL