Leysan yağışları Bolqarıstanda fəlakət yaratdı

 21:13 05.09.2023     371

Bolqarıstanın Tsarevo bölgəsində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə respublikanın baş naziri Nikolay Denkov brifinqdə bildirib.

"Hazırda üç nəfərin itkin düşməsi, iki nəfərin ölməsi barədə məlumat var. Lakin Tsarevoda bir neçə nəfər mütləq ölüb", - Denkov bildirib.

Baş nazir vətəndaşları növbəti 48 saat ərzində dənizdə üzməməyə çağırıb.

Yusif EYVAZLI