Ərdoğan Türkiyədə inflyasiyaya qarşı daha sərt mübarizə vəd etdi

 21:26 05.09.2023     314

Türkiyə hakimiyyəti avqustda 56%-ə çatan inflyasiyanın artması səbəbindən ölkədə yüksək qiymətlərə qarşı mübarizəni gücləndirmək niyyətindədir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin 4 saatlıq iclasının yekunlarına dair deyib.

"Avqustda illik inflyasiyanın 56%-ə yüksəlməsi onu deməyə əsas verir ki, yüksək qiymətlərə qarşı mübarizə daha da sərt olmalıdır. Təbii ki, bu, uzun, çətin və əziyyətli prosesdir. Biz hökumət olaraq bu, öhdəsindən gəlmişik. Səmimi qəlbdən inanırıq ki, Allahın köməyi ilə bir çox çətinlikləri, inflyasiyanı diz çökdürəcəyik. İnflyasiyanı azaltmaq üçün proqramları qətiyyətlə həyata keçiririk”, - Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, sabah hakimiyyət orqanları “çoxdan hazırlanmış iqtisadiyyatın inkişafı üzrə ortamüddətli planın icrasına” başlayacaqlar.

Turan İSMAYIL