15 il həbsdən gizlənən narkotik satıcısı SAXLANILDI

 21:40 05.09.2023     414

Ukraynanın Rusiya işğalında olan Donetsk vilayətində 15 il həbsdən gizlənən Krasnodar diyarının sakini saxlanılıb. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə regionun "Federal Penitensiar Xidməti"ndən məlumat verilib.

İdarənin məlumatına görə, 2007-ci ildə Krasnodar diyarının Vıselkovski rayonunda külli miqdarda narkotik partiyası satmaqda ittiham olunub. Məhkəmə onu təqsirli bilib. Lakin narkotik alverçisi heç vaxt cəzaçəkmə müəssisəsinə düşməyib.

Yusif EYVAZLI